“Şou-biznesdə qalmaqal edənlər olmasaydı, maraqsız olardı…”
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlov deyib.
Xəzər TV-də yayımlanan “Səhər Mərkəzi” verilişinin qonağı olan ifaçı qalmaqal sayına görə müğənilərin toya dəvət edildiyini iddia edib:
“Düzdür, mən qalmaqal edən adam deyiləm. Amma belə görürəm ki, insanları qalmaqal maraqlandırır. Kimin qalmaqalı çoxdursa, o qədər də toyu var”.