«Kiçiklər böyüklərə hörmət etmirlər» — Əlikram Bayramovdan sərt AÇIQLAMA

«Kiçiklər böyüklərə hörmət etmirlər» — Əlikram Bayramovdan sərt AÇIQLAMA
Tarix : Oxunma : Yorum Yaz

Azərbaycan müğənnisi Əlikram Bayramov şou-biznes əhlini qınayıb.

AZXEBER.COM xəbər verir ki, ATV televiziyasında yayımlanan «Şou-xəbər” verilişinin qonağı olan Əlikram Bayramov cavanları tənqid edib.

O deyib ki, hansı sənət daşıyıcısı olursan ol, ilk növbədə böyüyün yerini bilmək lazımdır:

«Hansı sənətdə çalışmasına baxmayaraq, ilk növbədə böyüyün, sonra da kiçiyin yerini bilmək vacibdir. Kiçiklər artıq böyüklərə hörmət etmirlər. Biz əvvəl böyük biri gələndə ayağa dururduq, indi isə gənclər əyləşdiyi stuldan qalxmırlar. Şou-biznesdə kimin sözü keçir bir-birinə? Şou-biznesin yeni ağsaqqalı özüm olacağam. Tələbim odur ki, hər kəs böyük-kiçik yeri bilsin və bir-birlərinə hörmət etsinlər. Kin, nifrət adamın içini çürüdür, amma rəqabət yaxşı şeydir. Bir-birlərinə can deyib, can eşitsinlər”.

İlk yorumu siz yazın