Keçmiş həyat yoldaşından şiddət gördüyünü açıqladı: «Çempion idi»

Keçmiş həyat yoldaşından şiddət gördüyünü açıqladı: «Çempion idi»
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan boşandığını açıqlayıb.

Axşam.az xəbər verir ki, o, keçmiş həyat yoldaşı Nuşirəvan Abdullayevin boksçu olduğunu, ona şiddət göstərdiyini söyləyib. Lalə bildirib ki, 8 il əvvəl rəsmi şəkildə ayrılıblar:

«Anam məni və bacım Elzanı məcbur ərə verib. Elə yaxşı ki, məcbur verib. Bizim vaxtımızda sevmək anlayışı yox idi. Biz bərabər 6-7 il olduq, amma heç 60 gün bir yerdə yaşamamışıq. Tez-tez küsüb anamın evinə gəlirdim. Sözünü də ancaq boksla deyirdi».

Aparıcı Zaur Baxşəliyevin «Döyürdü səni» sualına Lalə «Hə» cavabını verib.

Seyidcahan əlavə edib ki, onu çox istəsə də barışmaq haqda düşünmür:

«İstəmərəm ki, onun qolu zəifləsin, istəyərəm ki, hər zaman qolu güclü qalsın. Çünki yaddaşımda o elə qalıb. Onun yenidən ailə qurub-qurmayacağı haqda məlumatım yoxdur. Elə bir insan ailə qurmamalıdır. O, cəmiyyət üçün lazımlı insan və gözəl dostdur. O, idman sahəsində çox böyük naliyyətləri var. Azərbaycan çempionu olub. Mən elə belə oğlana ərə getməzdim. Aramızda soyuqluq oldu və bir müddət uşaqlarımla yaşamadım, o çətinliklərdən də keçdim. Küsüb anamın evinə gəldim, çünki o, artıq dözülməz idi. Uşaqlar isə həmin vaxt 11-ci sinifdə oxuyurdular. Məktəbi dəyişə bilməzdim. O çətinliklərdən də keçdim. Mən heç nə istəmirəm, diqqətdən başqa. Hər kəsə diqqətçil idi, mənə yox».

İlk yorumu siz yazın