Tanınmış fitnes məşqçisi Kamil Zeynallı yeni paylaşımı ilə diqqət çəkib.
Kamil 10 yaşlı qızı Sahilənin maşın sürüb, at çapdığı anları sosial şəbəkə hesabında paylaşıb.
K.Zeynallı paylaşımına: “İctimai nəqliyyatın və insanların olmadığı təhlükəsiz yerdə sürürdük. Neçə aydır ki, qızıma avtomobil sürməyi öyrədirəm. Bir silah atmağı öyrənməyi qalıb, o da tezliklə…” — deyə qeyd edib.
Qeyd edək ki, Kamil 2010-cu ildə müğənni Gülay Zeynallı ilə ailə həyatı qurub. Onların bu münasibətdən bir qızı var.