Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya on il müqavimət göstərməyə hazır olması barədə bəyanatını şərh edib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Kadırovun sözlərinə görə, Zelenski üçün hər şey bir neçə günə bitəcək:
«Burada oxudum ki, Zelenski on il döyüşməyə hazır olduğunu bəyan edib. Sən nəsən? O qədər vaxtımız yoxdur, bu günlərdə səni bitirəcəyik. Məncə, səndə şizofreniya var. Böyük qardaşın Baydenin yanına get və bir-birinizlə salamlaşın».