Kərimdən qalmaqallı sözlər: «Alt paltarını da bizim sayəmizdə almısan»

Kərimdən qalmaqallı sözlər: «Alt paltarını da bizim sayəmizdə almısan»
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Kərim Abbasov da bundan sonra verilişə getmək üçün telekanal rəhbərlərindən qonorar istəyəcəyini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda «Deməsəm olmaz» proqramına açıqlamasında deyib. O bildirib ki, artıq ona efirə çıxmağa ehtiyac yoxdur:

«Xatirə İslam dedi ki, 57 kiloqram ağırlığın var, o qədər pul tökmüşəm televiziyaya. Düz deyir, mən də pullar tökmüşəm. İndi bunu istəməyə ixtiyarım var. Hələ bu fikirdə dayanmamışam, amma 99 faiz edəcəm. Sosial şəbəkə elə inkişaf edib ki, verilişə gəlib-gəlməmək bizə lazım deyil. Verilişlərin özünə lazımdır. İnstaqram, yutub var, pul qoy reklam et. Efirə getsəm qonorarım artmayacaq. Aparıcılar çox məntiksiz danışıb».

Kərim ad çəkmədən «soy» prodakşının rəhbəri Oqtay Əliyevin ünvanına sərt sözlər deyib:

«Bir nəfər də danışdı… Prodüser ağzına gələni danışıb. Alt paltarına kimi mənim kimi sənətçilərin puluna almısan. Ev almısansa, sənətçi evi yıxmısan. İndi çıxıb danışırsan… Bizim kimi sənətçilərin sayəsində çörək yeyirsən, verilişin gedir. Durub müğənniyə dil uzadırsan. Arvadının paltarına kimi bizim pulumuza almısan. Xatirənin də, Natavanın da, Elşadın da fikrini dəstəkləyirəm. Ankarada verilişə dəvət olundum, 650 dollar pul verdilər, bilet, otel təşkil etdilər. Niyə bizimkilər 100 manat vermir?».

İlk yorumu siz yazın