«Bəzən hansısa müğənni mahnısının oxunmasına icazə vermir. Deyirlər, qısqanclıqdır. Paxıllıq deyil, adam görür ki, mahnını pis günə qoyacaqlar. Oxuya bilirsə, qoy oxusun».
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov «Səhər mərkəzi» verilişində deyib. Sənətçi mahnılarının gənc ifaçılar tərəfindən oxunmasından danışıb. O bildirib ki, heç kimə buna görə qadağa qoymur.
İzzət yenidən aparıcı kimi tamaşaçıların qarşısına çıxacağını açıqlayıb:
«Oktyabrdan başqa kanalda olacaq. Əvvəl tək işləməyi sevirdim. Kollektiv olanda adam çox əsəbiləşir. Bəzi planlarım var, oktyabrda edəcəyəm».