“İstəyir çıxıb trasda lüt dayansın, nəyimə lazımdır!” – Nadir Qafarzadə bar qalmaqalından danışdı  

“İstəyir çıxıb trasda lüt dayansın, nəyimə lazımdır!” – Nadir Qafarzadə bar qalmaqalından danışdı  
Tarix : Oxunma : Yorum Yaz

“Əylənmək üçün nə qədər yerlərimiz, ailəvi restoranlarımız var. Mütləqdirmi gecə barlarına gedəsən?!”

Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib.
 
Gecə klubunda baş verən partlayış barədə yazdığı şərhdən sonra bəzi izləyicilər tərəfindən qınanan sənətçi Azərbaycan xanımlarına gecə klubuna getməyi yaraşdırmadığını bildirib:
 
“Mən fikirlərimi bir vətəndaş olaraq bildirmişəm. Artıq əsəbləşirəm! Bu kütlənin əlindən bezmişəm. Mən fikrimi şərh olaraq yazmışam, heç kəsi təhqir etməmişəm, heç tənqid belə etməmişəm. Fikrimi yazmışam ki, ay bəzi bədbəxt qızlar, oğlanlar, ay yazıqlar, gəncliyinizi qoruyun. Əylənmək istəyirsinizsə, gedin opera-balet teatrına, “Yeddi gözəl”ə, “Leyli və Məcnun”a baxın, Gənc tamaşaçılar teatrına, “Azdrama”ya gedin. Bizim əylənmək üçün nə qədər yerlərimiz, ailəvi restoranlarımız var. 

Mütləqdirmi gecə barlarına gedəsən? Ən çox da qızlara bunu yaraşdırmıram. Düzdür, mənim qızım yoxdur, amma qızları çox sevirəm, mən sadəcə məsləhət vermişəm, kimin xoşuna gəlmirsə, getsin su içsin. İstəyir bara getməsin, çıxsın trasda lüt dayansın, nəyimə lazım!  Mən vətəndaş olaraq fikrimi bildirmişəm, yenə deyirəm, heç kəsi nə tənqid, nə də təhqir etmişəm”.
 
Müğənnin sözlərinə görə, 95 faiz izləyici onun yazdığı şərhlə eyni fikirdədir:

“Orada bəziləri yazır ki, “Nadir Qafarzadə ölən adamın dalınca danışır”. Xeyr! Mən ölən adamın dalınca danışmamışam, valideyn olaraq fikrimi bildirmişəm, orada qərəzli heç nə yoxdur. 95 faiz oxucu mənim tərəfimdədir, qalan 5 faiz də “otxod”dur, elə gecə klublarında olanların tayıdır. Elələri həmişə olub, olacaq da, fikir vermirəm. 

Azərbaycanda yaxşı qızlar, oğullar, ailələr var. Yaxşı oğlanlar olmasaydı, biz bu gün qalibiyyət əldə etməzdik. Yaxşı qızlar olmasaydı, bu gün yaxşı ailələr olmazdı. Pislər həmişə, hər bir dövrdə olub. Mən deyirəm ki, gənclər onları pis yola sürkləyənlərdən uzaq dursunlar. Vallah, dolanmaq üçün başqa yollar da var. 

Bəziləri fikirləşir ki, bu dolanışıq yoludur. Xeyr! Özünü satmaq dolanmaq deyil, bu, fahişəlikdir! Onun adını dolanışıq qoymayın! Nə qədər küçə süpürən, qab yuyan qadınlar var. Onda belə çıxır ki, hər çətinliklə üzləşən qadın küçəyə getməlidir?! Yaxud kişi dolana bilmirsə, gedib oğurluq etməlidir? Çıxış yolu hər zaman var, sadəcə bəziləri asan yolu seçirlər. 

Zamanında bizə də çətin deyildimi? Hamıya çətindir, indi heç kəsə asan deyil. Çətindir deyib pis yola düşmək olmaz. Yazıqdır o qızlar, heç bir qadın, kişi doğulanda əxlaqsız, pozğun doğulmur. Deyirlər, guya cəmiyyət onları pozur, yoldan çıxarır, Elə şey yoxdur! Heç kim heç kimi yoldan çıxarmır. Bu, özünümüdafiədir. Allah insan ağıl verib, baş verib, heyvan deyilik ki”.
 
Qafarzadə qeyd edib ki, onun fikirləri ilə razılaşmayıb tənqidi şərh yazanlara fikir vermir:

“Gəncliyimizdən muğayət olmalıyıq. Mən özüm də əylənirəm, əylənmişəm də. Amma elə yerlərə gedənlər, zaman gələcək peşman olacaqlar, vallah-billah peşman olacaqlar. Hər şeyi zamanında fikirləşmək lazımdır. Əylənməyə çox yerlər var. Bu bəhanədir ki, “hər kəs istədiyi kimi əylənə bilər”. Ümumiyyətlə, mən düşünürəm ki, gecə klublarını yığışdırmaq lazımdır. 

Necə ki, zamanında kazinoları yığışdırdılar, indi də bu cür məkanlar yığışdırılmalıdır. Eyni şeydir, sadəcə adı dəyişib. Bununla biz gəncləri uçuruma aparırıq. Düzdür, mənim övladlarım o etapı artıq keçiblər, biri Moskvada, biri də burada öz işi ilə məşğuldur. Lakin mən başqalarını da düşünürəm. Biz hamımız birik, bu xalqın nümayəndəsiyik, birimizin dərdi hamımızın dərdidir.

Mənim fikrimi 95 faiz çox bəyənir, mən özüm də sosial şəbəkələrdə izləyirəm. Bir-iki dırnaqarası qızlar, oğlanlar var ki, mənimlə razı deyil, onlar da o yolun yolçusudur deyə belə deyir. Ataların məsəli var, it itin ayağını tapdamaz. Ona görə də itlərə fikir vermirəm, onlar həmişə olublar, hürüblər, hürəcəklər də…”

Xatırladaq ki, aprelin 3-də «Location» klubda baş verən partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva ötən gün müalicə aldığı xəstəxanada vəfat edib. Sosial şəbəkədə mərhumun gecə klublarında əyləndiyi anın görüntülərinin yayılması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 
Görüntülərə tənqid yazanlardan biri də müğənni Nadir Qafarzadə olub:

«İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını darmadağın etdi. Məncə bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin!».

İlk yorumu siz yazın