Türkiyəli müğənni İrem Dərici xəstəxanalıq olub.
Bbu barədə məlumatı sənətçi sosial şəbəkədə verib.
«Səhərə yaxın qusma və yüksək hərarətlə xəstəxanaya aparıldım. İnfeksiyaya yoluxmuşam, 3 gün danışmağa da icazə verilmir. Vəziyyət səs tellərimə də yansıyıb. Son dəqiqəyə qədər bəlkə ayağa dura bilərəm deyə, gözlədik. Həftələrdir gözlədiyim festivalda iştirak edə bilmədiyim üçün məyusam. Mən nə hallarda səhnəyə çıxmışam, amma səs gedəndən sonra əldən bir şey gəlmir» deyə, Dərici qeyd edib.