İqbal Məmmədovun “Relax” istirahət mərkəzində qazinin dörd aylıq maaşı niyə verilmir?

İqbal Məmmədovun “Relax” istirahət mərkəzində qazinin dörd aylıq maaşı niyə verilmir?
Tarix : Oxunma : Yorum Yaz

Vətəndaş işlədiyi istirahət mərkəzindən maaşını ala bilmir. Bu barədə Oxu.Az-a Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində aşpaz işləmiş Vətən müharibəsi iştirakçısı Anar Səlimov bildirib.
O bildirib ki, dörd aydır ki, iş yerindən əməkhaqqını ala bilmir: “Vətən müharibəsindən sonra iki dəfə öz hesabıma əməliyyat olunmuşam. Psixi vəziyyətim daha da pozulur. “Relax” istirahət mərkəzindən maaşımı ala bilmədiyimə görə borclarımı ödəyə bilmirəm. Heç kim müharibə iştirakçısı olduğumu vecinə almır. Özümü öldürmək həddinə çatmışam”.

Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzi orada işləmiş aşpaz, Vətən müharibəsi iştirakçısı Anar Səlimovun dörd aydır maaşını almamasına aydınlıq gətirib.

Mərkəzin əməkdaşı Elvin İmanov bildirib ki, həmin şəxs cəmi bir ay işləyib: “2021-ci ilin dekabrda işə qəbul olunub. İşlədiyi bir həftə idi ki, belində problem olduğu üçün əməliyyat olundu. Onun bizim mərkəzdə toplam 37 iş günü olub ki, onun yeddi günü icazəli olub. Daha sonra o, işə gəlmədi. Onun əməkhaqqısının yarıdan çoxu ödənilib. Bir hissəsi qalıb ki, buna da səbəb hər dəfə başqa-başqa adamları yollayıb, pulunu istəyir. Biz də onun özünü gözləyirik ki, gəlib sənədlərə imza atsın və qalan 153 manat maaşını alsın”.

Qeyd edək ki, «Relax» istirahət mərkəzi Lerikin deputatı İqbal Məmmədovundur.

Xatırladaq ki, «Relax» istirahət mərkəzi 2019-cu ildə ciddi qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

Oxu.Az

İlk yorumu siz yazın