«Qadın kimi xoşbəxt deyiləm. Amma səhnədə Aynur Dadaşova kimi çox xoşbəxtəm. Tək qaldığımda ağlayıram. Çünki yaxşı insanam, amma həyatda bəxtim gətirmədi. Gecələr eyvana çıxıb Allaha deyirəm ki, içimdə düşündüklərimi yaşamaq istəyirəm. Bugünki gündə özüm qazanıram, öz ayaqlarımım üstündə dururam. Yəni heç kimə ehtiyacım yoxdur və heç kimdən aslı deyiləm. Amma haradasa bir qadın olaraq «məqsədimə çatmaq» kimi bir prinsipim var. Bunları isə bəndədən yox, göydəki Allahdan istəyirəm. Allahdan diləyirəm ki, izin versin, mən də bu həyatda bir xanım olaraq, sevgi dolu bir qadın olum».
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova aparıcı Tarix Əliyevin (Tolik) «Tam səmimi» yutub layihəsində deyib. Şəxsi həyatından danışan ifaçı xoşbəxt olmadığını bildirib.
Həyat yoldaşının ona xəyanət etdiyini bildirən Aynur ərini çox sevdiyini deyib:
«Çox sevmişəm. Desəydi, Aynur ölümə gedirəm, gedirsən? gedərdim… Xəyanət bir, iki, üç dəfə dözürsən. Deyirsən ki, övladın, isti ocağın var. Elə məqam çatır ki, səni sudurqa tutur. Sevgimə yazığım gəldi. Özümü zavallı kimi gördüm. 18 il bərabər yaşayırsansa, sonra bitirsə, Allahın işidir. 18 il uşaqlara görə dözdüm. O qədər məhv olmaq istəmədim. Ayrılmağıma peşman deyiləm».
O bildirib ki, keçmiş həyat yoldaşının həyatında başqa qadın var:
«İndi həyatında başqa xanım var. Övladlarım yanımdadır. Buna pis baxmıram. Xanım var onu qəbul etməz. Sevgi nifrətə çevriləndə, gözündə heç nə yoxdur. Ona çox nifrət edirəm… Kaş xəyanəti bilməzdim: oturmuşdum evimdə, övladlarım yanımda, rahat yaşayırdım».