«İnanıram ki, polis onlara mədəniyyət dərsi verdi» — Brilliant Dadaşova

«İnanıram ki, polis onlara mədəniyyət dərsi verdi» — <strong>Brilliant Dadaşova</strong>
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, müğənni instaqramda mərhum gürcü müğənni Vaxtanq Kikabidze ilə fotolarını yayımlayıb.

«Dostluq, qardaşlıqla, sevgi məhəbbətlə, kin-küdurətlə dolu dünyada yaşayırıq. Bu ağır yükü çiyinlərimizdə daşıyırıq» deyə, Dadaşova paylaşımında qeyd edib. 

Dadaşova daha sonra Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslərin videosuna münasibət bildirib. 

«Heyf ki, Üzeyir bəyin heykəlinə başmaq, ayaqqabı atanlar onun tarixi şəxsiyyət olduğunu dərk etməyib, heykəlinin qucağına ayaqqabı atmışdılar. İnanıram ki, Azərbaycan polisi onlara mədəniyyət dərsi izah edə bildi» deyə, müğənni şərhində yazıb. 

İlk yorumu siz yazın