Müğənni Hadise ötən gün «Sevmiyo» adlı yeni mahnısını təqdim edib.
OLAY yazır ki, sənətçi mahnının hekayəsi haqda danışarkən 20 il əvvəl yaşadığı sevgi üçün darıxdığını bu sözlərlə dilə gətirib:
“Bu mahnını ilk dəfə eşidəndə ağlıma gələn bircə adam var idi… 20 il əvvəl ilk baxışdan aşiq oldum və o gündən sonra münasibətimiz boyunca hər gün yenidən aşiq oldum. Məni tamamlayan ilk sevgim… Məndən soruşsanız ki, heç mənə aşiq oldunmu, bu hekayəmin baş qəhrəmandır. Bəziləri ürəyində ancaq xoş hisslər qoyur, onları həmişə yaxşı xatırlayırsan. O insan da belə olub».