Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İ.Abdullayeva və Regional Təhsil İdarəsinin əməkdaşları Abşeron rayonu Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbdə olublar.
İdarə rəhbərliyi məktəbin mövcud vəziyyəti, şagirdlərə verilən təhsilin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti, göstərilən diqqət və qayğı ilə maraqlanıb. Mövcud problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Regional Təhsil İdarəsinin rəhbərliyi eyni zamanda vətən müharibəsində
iştirak edən və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin ailələri və qazilərlə də görüşüb, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib, ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Eyni zamanda vurğulayıb ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Sonda çıxış edən şəhid ailələrinin üzvləri, qazilərimiz onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını, diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.