«İgidim həyatımın rəngini soldurdu» — Vüsalə Əlizadə

Tarix : Oxunma : Yorum Yaz

«Köhnə ilin son şəkli idi, bəbəşlərimlə… Bir xatirəmiz olsun demişdik… Yeni iliniz uğurlu, ruzulu olsun, çox dəyərli izləyicilərim».

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. Qızı, qardaşı və bacısı övladları ilə şəkil yayımlayan aparıcı bunları əlavə edib:

«Keçən il bayram etmədim, qızıma da başa saldım ki, bizə görə canından keçən igidlərimizin ailəsi, balası gözüyaşlıdır, onlara görə edə bilmərik, onların xatirəsinə hörmət etmək borcumuzdur, acıları acımızdır! O ailələrə pay hazırladıq, o körpələri sevindirdik, ağıllı balam o qədər xoşbəxt oldu ki…

Bu il Allahım belə məsləhət bilib, elə bir acı yaşatdı ki, mənim də canını, həyatını vətənə qurban verən igidim həyatımın rəngini soldurdu, bayramlarım sıradan gün oldu, həyatım adi nəfəs döyüntüsünə döndü… Kimsə yaşamayacaq bu acını? Təbii ki yaşayacaq… Kimsə ölümsüz əbədidir? Əsla! Heç bir bəniadəmin dəyişə bilməyəcəyi həyat oyunu… Amma durmadan gedən həyatla ayaqlaşıb, dərdimiz, qubarımız bir ömür ürəyimizdə davam edirik, məcburuq dik durmağa, gülümsəməyə, nə baş verdiyini hələ də bilməyən balalarımıza görə… Ürəyimin ən böyük yarasını dondurdum, bu günahsızlar üçün, təki sizin üzünüz gülsün, xoşbəxt böyüyün. Sizə canım qurban».

Qeyd edək ki, V.Əlizadə bir müddət əvvəl qardaşı Əlihüseyn Əlizadəni itirib. O, avtomobil qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.

İlk yorumu siz yazın