Türkiyəli müğənni İbrahim Tatlısəs nəvəsi ilə məhkəməlik olub.
Axşam.az xəbər verir ki, ifaçı küsülü olduğu övladı Ahmetin oğlu Mertin Sarıyerdəki mənzilində 5 ildir icazəsiz yaşadığını iddia edib.
Tatlısəsin vəkili məsələ ilə bağlı açıqlama verərək, sağlamlıq problemləri səbəbindən ifaçının İzmirə yerləşdiyini, həmin zaman kəsiyində mülkün Mert tərəfindən zəbt edildiyini bildirib. Onun sözlərinə görə, ifaçının qızı Dilan Çıtak Tatlısəs bu evdə yaşamaq istəsə də, Mert ucbatından bu baş tutmayıb.
Məhkəmənin ilkin qərarına görə, mənzilə baxış keçirildikdən sonra məsələyə hüquqi qiymət veriləcək.