“Hüseynin yolunda ailəm də, nəslim də məhv olsun”

“Hüseynin yolunda ailəm də, nəslim də məhv olsun”
Tarix : Oxunma : Yorum Yaz

“Mən tənqidlər barədə heç nə demək istəmirəm. Necə bilirlər elə də qəbul etsinlər. Yenə də deyriəm bütün nəslim, yaxınlarım, dostlarım hamısı İmam Hüseynə qurban olsun”.

Bu sözləri OLAY-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib.

Söz ustası İmam Hüseynlə bağlı müzakirə yaradan çıxışından danışıb.

“O mənim üçün hər şeydən artıqdır. Məhərərmlik ayında mümkün qədər imamlarımız üçün yas saxlayırıq. Əvvəllər də belə idi. Hətta nənəngil 2 ay müddətində televizoru yandırmağa qoymurdular. Atam da, anamdan, nəslimdən də artıqdır. İmam Hüseyn olmasa, namaz olmayacaqdı. Qanı-canı, nəsli, balaları ilə namazı yaşatdı. Mən onun üçün qəzəl də yazmışam. Razıyam, Hüseynin yolunda özüm də, ailəm də, nəslim də məhv olsun”.

Qeyd edək ki, A. Məmmədov Yenisabah.az saytına “Mənim üçün İmam Hüseyn ata-anamdan, nəslimdən artıqdır” açıqlamasını vermişdi.

İlk yorumu siz yazın