Hiss şəhid Səbuhi ilə uşaq evindən şəklini paylaşdı — FOTO

Hiss şəhid Səbuhi ilə uşaq evindən şəklini paylaşdı — FOTO
Tarix : Oxunma : Yorum Yaz

Məşhur müğənni Röya Məmmədova (Hiss) Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla eyni uşaq evindən arxiv fotosunu paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, fotonu İnstaqram üzərindən paylaşan müğənni onların eyni uşaq evində böyüdüyünü bildirib.

“Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!”, — deyə o qeyd edib.

Şəhid Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb. Onun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

İlk yorumu siz yazın