«Heç vaxt efirdən pul istəmərəm» — İzzət Bağırov

«Heç vaxt efirdən pul istəmərəm» — İzzət Bağırov
Tarix : Oxunma : Yorum Yaz

«Efirə çıxmıramsa, o demək deyil pul istəyirəm. Heç vaxt da istəmərəm. Amma heç kimin fikrinə də heç nə demərəm. Dostlarım belə soruşanda deyirəm, qarışmıram».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov «Şourum» verilişində deyib. Sənətçi  verilişə qatılmaq üçün telekanal rəhbərlərindən qonorar istəyən həmkarları ilə bağlı sualları cavabsız qoyub.

İzzət bildirib ki, efirdə çox görünməyin tərəfdarı deyil:

«Çox efirə çıxıb camaatın gözünü yormaq istəmirəm. Tanıyan bilir ki, İzzət Bağırov adlı müğənni var. Müəyyən vaxt var, ondan sonra uzaqlaşmalısan. Niyaməddin Musayevi qəbul ediblər, efir də, xalq da onu istəyir. Allah bizə nəsib etsin ki, yaşlananda tələbatlı olaq».

Bağırov daha sonra səhnəyə gətirdiyi ilklərdən bəhs edib: 

«Efirə gələn ilk saqqalı müğənni mən oldum. Mikrofonu atıb-tutmaq, türk mahnıları oxumaq, səhnədə rəqs etməyi ilk mən etmişəm. Özüməməxsus geyimlər gətirdim. Kliplərimi film ssenarisi mən etdim».

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi, reper Elşad Xose son vaxtlar efir üçün telekanal rəhbərlərindən qonorar istəməsi ilə gündəmə gəlib. 

İlk yorumu siz yazın