«Heç kim mənimlə maraqlanmadı» — Könül Xasıyeva

«Heç kim mənimlə maraqlanmadı» — Könül Xasıyeva
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını açıqlayıb. 

Axşam.az xəbər verir ki, xanəndə müalicəsi üçün 254 min manat lazım olduğunu bildirib. Hətta artıq bir neçə gündür məsələ ilə bağlı ifaçı sənət adamlarına müraciət ünvanlayaraq, ona yardım etmələrini istəyib. 

Bəs görəsən, Xasıyevanın işarələdiyi tanınmış simalar onunla maraqlanıb?

Məsələ ilə bağlı xanəndə Axşam.az-ın sualını cavablandırıb.

«Heç kim maraqlanmayıb və yardım da etməyib. Bu məsələ ilə bağlı danışmayacağam, məni bağışlayın» deyə, K.Xasıyeva bildirib. 

Qeyd edək ki, K.Xasıyeva müalicəsinin Almaniyada mümkün olduğunu bildirib. 

Hesab nömrəsi:

4127 2093 0402 8852
4127 2093 0539 6555

İlk yorumu siz yazın