Hadisə boşanır

Hadisə boşanır
Tarix : Oxunma : Yorum Yaz

Türkiyəli məşhur müğənni Hadisə həyat yoldaşı Mehmet Dinçerlerdən boşanır.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.

«Razılaşaraq sonlandıra bilmədiyimiz üçün boşanma ərizəsi verdiyimizi sizlərlə paylaşmaq istəyirəm. Mehmetə həyatında xoşbəxtlik diləyirəm. Bu müddət ərzində yanımda olan hər kəsə təşəkkür edirəm» deyə, o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl cütlüyün ayrıldığı ilə bağlı iddialar yayılmışdı. Ötən gündən etibarən isə tərəflər sosial media üzərindən bir-birini izləmədən çıxartmışdı.

İlk yorumu siz yazın