Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli cümə xütbəsi zamanı təxribatla üzləşib.
BAKU.WS xəbər verir ki, hadisə bu gün “Məşhədi Dadaş” məscidində cümə namazından sonra oxunan xütbə zamanı qeydə alınıb.
Xütbəyə qulaq asanlardan biri Hacı Şahinin sözünü kəsərək qışqırmağa başlayıb. Məscidin əməkdaşları naməlum şəxsi hadisə yerindən uzaqlaşdırıblar.
Baş verən olaya Hacı Şahinin münasibəti belə olub: “Belə şeylər olur. Narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Lakin xütbə zamanı nəyəsə bu şəkildə fikir bildirmək yanlışdır”.