Aparıcı Şəhriyar Əbilov həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə fotolarını yayımlayıb.
Axşam.az xəbər verir ki, aparıcı şəkillərə «Həyatımın qadını, Osmanımın anası» qısa şərhini yazıb.
Oksana isə birlikdə olan fotolarına «Bəzən sükut – güclü haraydan daha təsirlidir» sözlərini əlavə edib.
Qeyd edək ki, Şəhriyyar ötən il Oksana ilə ailəli olduqlarını açıqlayıb. O, sənətçinin övladı Osmanının atası olduğunu bildirib. Cütlük uzun müddət münasibətlərini gizli saxlayıb.