«Mən ailə quranda evimiz yox idi. İkiotaqlı ev almağa pulumuz var idi, amma ala bilmirdik. Ev yox idi və onu almaq üçün 5 il qeydiyatımız olmalıydı. Yoldaşım dedi ki, maşın alım, kirayədə yaşayaq. Böyük oğlum dünyaya gəlmişdi, amma kirayədə yaşayırdım. Sonra ikiotaqlı ev aldıq. Sonra beşotaqlı, onotaqlı ev aldıq».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova «Elgizlə izlə» proqramında deyib. Müğənni gənclərin ev üçün evlənməməsindən danışıb:
«Oğlanlar 35 yaşa gəlib çatırlar, evi yoxdur deyə, evlənmir. Sonra gedib 20 yaşında qızın qapısını döyür. 45 yaşa çatanda, kim eləsinə qız verəcək?».
Bəkirova Nabranda istirahət mərkəzi olduğunu söyləyib:
«Həyat yoldaşım Nabrandadır. 1987-ci ildən bu yana qədər bir yerdə yaşayırıq. Onun işi oradadır. Yoldaşım uzun illər yol polisində işləyib. İndi təqaüddədir. Hazırda isə Nabranda böyük istirahət mərkəzimiz var».