Əməkdar artist Rühəngiz Musəvi ikinci həyat yoldaşından danışıb.
Axşam.az xəbər verir ki, müğənni bu haqda «Elgizlə izlə» proqramında danışıb. O, aparıcının «Ər çörəyi yemisiniz» sualına belə cavab verib:
«Birinci dəfə ailə həyatı quranda artıq tanınmış müğənni idim. Mən musiqiçi həyat yoldaşımdan daha çox pul qazanırdım. Öz qazandığım çörəyi yemişəm. Amma ikinci dəfə ailə qurduğum şəxsin çörəyini yemişəm. Ailə gözəl məfhumdur».