«Həyat yoldaşım 700 manat maaş alır»

«Həyat yoldaşım 700 manat maaş alır»
Tarix : Oxunma : Yorum Yaz

Şair Nazilə Səfərli «Əgər mənim 3000 manatlıq telefon kimi emosional ehtiyacım varsa, ya həyat yoldaşım onu almalıdır, ya da boşanmaq kimi şansım var» deyən psixoloqla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, şair irad bildirərkən həyat yoldaşının maaşından söz açıb:

«Emosional tələbatın içində məbləğ yoxdur. Axşamdan psixologiyamızı pozmusan. Ərim 700-800 manat maaş alır. Necə mənə 3 min manatlıq telefon alsın? Camaatın ailəsini dağıtma. Axşamdan başım xarab olub. Gündəmə düşmək istəyirsənsə, min yolu var, zəng vur başa salaq».

Qeyd edək ki, psixoloq Əfsanə Rüstəmova «Günə son» proqramında «Əgər mənim 3000 manatlıq telefon kimi emosional ehtiyacım varsa, ya həyat yoldaşım onu almalıdır, ya da boşanmaq kimi şansım var. Sillə dəyəndən sonra hər şey üçün gecdir. Sizin şəxsiyyətinizə xələl gələndən sonra şuba da geyinsəniz, 3 yox, 5 minlik telefon da işlətsəniz də,  qırılmış şəxsiyyətinizi bərpa edə bilməyəcəksiniz» sözlərini söyləyib. 

İlk yorumu siz yazın