Həyat yoldaşı “Toppuş bacı”dan yazdı: “Ona heyran olmamaq mümkün deyildi”

Həyat yoldaşı “Toppuş bacı”dan yazdı: “Ona heyran olmamaq mümkün deyildi”
Tarix : Oxunma : Yorum Yaz

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal, sosial şəbəkə hesabında aktrisa ilə bağlı xatirəsini bölüşüb.

AZXEBER.COM xəbər verir ki, «Toppuş bacı”nın qızı Zəhra ilə olan fotosunu paylaşan Röyal bunları yazıb:

«Bu günü indi olmuş kimi xatırlayıram. Zərhanı çəkirsənsə mən kənara durum dedi. Mən də yox, sən də qal dedim, güldü…Deyirdim eşqim, avtomobildə gedəndə arxada rahat otur. Deyirdi ki, yox, xanımın yeri həyat yoldaşının yanıdır. Bu gün Zəhra mənə sual verdi ki, Röyal, mama mənimlə çox yaşamadı. Bir anlıq ona cavab verə bilmədim. Amma sonra düşündüm düzdür. Heç mənimlə də çox yaşamadı. 9 il… Cəmi 9 il yaşamışıq birlikdə, çox az imiş. Bəlkə də bu 9 ilin 7 ilini mən o insanı kənardan izləməklə keçirtmişəm. Kənardan dayanıb sadəcə baxırdım. Ona heyran olmamaq mümkün deyildi. Mənim idealım idi, o nur üzlü sevgim! Mən çox şanslı insanam ki, Allah məni belə insanla birləşdirərək mükafatlandırıb”.

Xatırladaq ki, Əməkdar artist, hər kəsin «Toppuş bacı” kimi tanıdığı Tünzalə Əliyeva22 yanvar 2023-cü ildə uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında vəfat edib. 

İlk yorumu siz yazın