«Hər şeyləri oldu, bircə xanəndə ola bilmədilər» — Aygün Bayramova

«Hər şeyləri oldu, bircə xanəndə ola bilmədilər» — Aygün Bayramova
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Aygün Bayramova xanəndələrdən gileylənib.

Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda «10-da görüşək» proqramında danışıb. O bildirib ki, bir çox ifaçılar əsl xanəndə ola bilməyib:

«Xanəndələr yarımçıqdır… Əlibaba Məmmədovun bir sözü var idi. Muğam müsabiqəsi yeni başlamışdı. Dedi ki, bu müsabiqə neçə ildir xanəndələr seçirik, bəlli deyil xanəndə olacaqlar, ya yox. Yaxşı səslər gördük. Amma o xanəndələrin hər şeyi oldu, bircə xanəndə ola bilmədilər. Adlarını çəkə bilmirəm… Gənclər var ki, yaxşı xanəndədir. Amma təəssüf olsun ki, bəziləri xanəndə ola bilmədilər. Biz də toya getmişik, ancaq sənətin öz yeri var. 

Allah bu səsi, istedadı sənə veribsə, əziyyət çəkməlisən. Biz də əziyyət çəkmişik. O illərimizi boşa xərcləməmişik. İndikilər əziyyət çəkmək istəmirlər, hər şeyi asan əldə edirlər. Mən də müsabiqə ilə gəlmişəm».

İlk yorumu siz yazın