«Bizdə hər şey var: idmançılarımız, yaradıcılarımız, qırıcılarımız heç kimdən geri qalmır, üstündür. Üstün olmayan ancaq münasibətdir».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva münasibətlərdən bəhs edib. Aktrisa insanları bir-birinə dəstək olmağa səsləyib:
«Münasibətdə qiymət verməyə ya ləngiyirik, ya da qiymət vermirik. Hər bir uğurun səbəbi pul, imkan olsa da, bunun əsası motivasiya, ruh yüksəkliyidir. Dağın yanında olanda başındakı qarı görə bilməzsən. Dağdan uzaqlaşanda o zaman zirvədəkini görə bilərsən. Niyə xaricdə gedib uğur qazanandan sonra həmin adamlara fikirlərimiz dəyişir. Gəlin, küsdürməyək, barışaq, itələməyək, yaxınlaşaq, təslim olmayaq, savaşaq… Qadınları yalnız 8 martda təbrik etməyək, küsülüləri Novruz bayramında təbik etməyək, üzr istəyəndən sonra bağışlamayaq, yalnız səhnədə olanları alıqşlamayaq: pərdə arxasında olanlar var. Güclü olmalıyıq, yalnız dinləyəndən sonra qarşı tərəfə diqqət ayırmayaq. Əlini uzadandan sonra əlindən tutmayaq: utananı, qürurlusu, özünə sığışdırmayanı var. Gəlin, ətrafımıza qarşı diqqətli olaq, arada zəng edək əhvalını soruşaq. Qan lazım olana qan, can deyənə can verək. Bir də baxıb görəcəyik ki, o qədər mehribanıq, hər şey gözəldir ki… Cəhd edək: çox şey lazım deyil, bir çimdik sevgi, bir qaşıq sevgi, bir qram hörmət və dayaq».