«Həmin gecə dünyamız alt-üst oldu»

Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Əkbər Əlizadə 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktyor həmin günü belə xatırlayıb:

«1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə. İndiyə kimi yadımdadır: 13 yaşım var idi. Şəhərin küçələrində insanlar yaşanacaq faciəni sanki bəri başdan hiss edib, narahatlıq yaşayırdılar. Atam o insanların arasında olduğundan evdə yox idi. Gözümüzə yuxu getmirdi. Şəhərə daxil olan tankların uğultusunu eşidəndə, dünyamız alt-üst oldu. O gecə şəhidlərimiz öz qanları ilə bizi azadlığa qovuşdurdular. Biz isə sağ ikən mənən ölüb, dirildik! O gün hər birimizin qan yaddaşına yazıldı».

İlk yorumu siz yazın