«Həkim dedi ki, Rəhim çox xəstədir» — Foto

«Həkim dedi ki, Rəhim çox xəstədir» — Foto
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, müğənni Rəhim Rəhimli gecə saatlarında vəfat edib.

Axşam.az xəbər verir ki, ifaçını son mənzilə yola salanlar arasında şairə Könül Nazimqızı da var.

K.Nazimqızı Rəhimin səhhəti ilə bağlı Axşam.az-a açıqlama verib:

«Rəhim ölümdən qorxurdu. Deyirdim müalicə edək. Deyirdi, artıq gecikmişəm.

Könül onunla bağlı son görüşünü belə xatırlayırt:

«15-20 ildir dostduq. Çox az halda olurdu ki, danışmırdıq. Demək olar hər gün zəngləşirdik. 3-4 gün əvvəl bizə gələndə evdə olmamışdım.

Həkim dedi ki, Rəhim çox xəstədir. Ona deyirdim, gəl həkimə gedək, getmədi».

O, həmçinin yeni mahnı üzərində işlədiklərini vurğulayıb:

«Yeni mahnı yazmışdıq. O gün danışıdım, dedim belə getsə, Rəhim öləcək. Deyirdi Allah məni çox istəyir».

İlk yorumu siz yazın