Güneldən Reza Zerrabla bağlı suala cavab

Güneldən Reza Zerrabla bağlı suala cavab
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Günel Zeynalova sosial şəbəkədə izləyicilərinin ona ünvanladığı sualları cavablandırıb. 

Axşam.az xəbər verir ki, sənətçi türkiyəli müğənni-aparıcı Seren Serengilin «Günelin telefonunda hələ də Reza ilə fotoları qalıb» açıqlamasına toxunub.

İzləyicilərdən birinin «Reza bəylə sənin şəkillərin hələ də telefonunda qalıb. Seren Serengil televizorda elə dedi» sualına Günel «Musiqidən danışaq. O cür dedi-qoduları boş verək» reaksiyasını verib.

Yeni görünüşünü tənqid edənlərə əsəbiləşən ifaçı «Həmin formada kim qalıb mənə deyin… Burun estetiyi hamı edir. Çox xoşbəxtəm. Köhnə halımı da, yenini də sevirəm. Bu məsələ balqabaq dadı verməyə başladı. Bunu deməyin artıq «keçmiş, keçmiş»… Keçmiş keçmişdə qaldı. İkinci dəfə burun əməliyyatı etdirdim və çox məmnunam» sözlərini əlavə edib.

İbrahim Tatlısəsin şousuna qatılan Günel həmin gün səhhətində problem olduğunu bildirib:

«İbo şou»nun çəkiliş günü xəstə idim. Səhnə arxasında belə iki ədəd sistem qoşdular. Səhnədə İbrahim bəyin qarşısında hər zamankı kimi həyəvcanlı idim. Mahnı oxuyarkən hər şey keçdi». 

Qeyd edək ki, Günel əslən Cənubi Azərbaycandan olan iş adamı Reza Zərrabla nişanlı olub. Biznesmen daha sonra türkiyəli müğənni Ebru Gündeşlə ailə qurub. 

İlk yorumu siz yazın