Gülüstan Əliyeva Rusiya-Ukrayna müharibəsindən danışdı

Gülüstan Əliyeva Rusiya-Ukrayna müharibəsindən danışdı
Tarix : Oxunma : Yorum Yaz

“Bir sənətkar olaraq mən heç vaxt siyasətə qarışmıram, çünki biz başqa sahənin adamlarıyıq. Amma hər bir halda müharibə dünyanın harasında olmasından asılı olmayaraq çox pisdir».

Bunu Yenisabah.az-a danışan Əməkdar artist Gülüstan Əliyeva bildirib.

Rusiya-Ukrayna arasında müharibənin 15 günündə azərbaycanlı sənətçi hər bir müharibənin, atəş açan silahın insan itkisi ilə nəticələndiyini xatırladıb.

“Hər halda, dünyanın harasında olursa-olsun, müharibəni heç bir xalqa müharibə arzulamıram. Biz bunun ən pisini, ən çətinini yaşamışıq. Şükür ki, bu günlərə gəlib-çatdıq, qələbə sevinci yaşadıq. Amma o çətin günlərin hamısını yaşamışıq, hər şey gözlərimizin önündə baş verib, heç vaxt da yaddaşımızdan silinməyəcək.

Müharibənin ağırlığını bilən bir insan kimi müharibəyə «yox» deyirəm! İstər haqlı olsun, istər olmasın, əsas odur ki, müharibə olmasın!

Bu, dünya ölkələri üçün böyük bir fəlakətdir. Müharibə görən insanların psixologiyasında ömür boyu dərin bir yara, bir iz qalır. Ona görə heç bir yerdə müharibə olmasını istəmirəm”.

Sənətçi qeyd edib ki, Azərbaycan olaraq humanitar yardımları, ictimai dəstəyi Ukraynaya göstərməkdə haqlıyıq. «Müharibədən yenicə çıxmış ölkəyik. Özümüzün kifayət qədər problemi, gələcək planları var. Əlbəttə, hər iki ölkə üçün təəssüf hissi keçiririk. Çünki orada ölənlər insanlardır.

Bu müharibənin Azərbaycana da təsiri var. Orada yaşayan soydaşlarımız əziyyət çəkir. Bu, böyük dərddir. Bəziləri ölkəyə geri gələ bilmir, bəzilərindən, ümumiyyətlə, xəbər yoxdur”.

İlk yorumu siz yazın