Gülşen 3 aparıcını susdurdu — VIDEO

Gülşen 3 aparıcını susdurdu — VIDEO
Tarix : Oxunma : Yorum Yaz

Konsertində İmam Hatip liseyi şagirdlərinin ünvanına dediyi sözlərə görə “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya alçaltmaq” ittihamı ilə həbs edilən müğənni Gülşen üç aparıcını məhkəməyə verib.  

OLAY yazır ki, sənətçi “Beyaz Magazin” proqramının şərhçiləri Pınar Eliçe, Didem Delen və Bilal Özcanın təhqir edərək israrla ona psixoloji təzyiq göstərdiyini iddia edib, həmin şəxslər barəsində tədbir görülməsini istəyib.

Məhkəmə 3 aparıcı üçün Gülşən və həyat yoldaşı Ozan Çolakoğlu haqqında 2 ay danışmamağa qərar verib.

Gülşənin vəkili Orhan Erol Müezzinoğlu vəsatətində 3 aparıcının proqramda dediyi sözlərə görə, müvəkkilinin ictimaiyyət qarşısında reputasiyasına xələl gəldiyini açıqlayıb və “Veriliş aparıcılarının nifrət dolu çıxışlarından sonra müğənni və ailəsinin fanatik qrupların hücumuna məruz qalma ehtimalı yüksəkdir. Verilişdə işlədilən cümlələr mətbuat azadlığı çərçivəsində deyil”, — deyə o bildirib.

İlk yorumu siz yazın