“Güclünün adamı var deyə, fağırı incitməyin»

“Güclünün adamı var deyə, fağırı incitməyin»
Tarix : Oxunma : Yorum Yaz

“Vicdansızlıq etməyin, şeytana qoşulub Allahın əleyhinə getməyin! Güclünün adamı var deyə, fağırı incitməyin”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb. Müğənni məktəbdə sinif yoldaşını döyən şagirddən və ona münasibət bildirənlərdən bəhs edib:

“Allahın əleyhinə getməyin. Ay iki uşaq vuruşub deyənlər, guya bilmirsiniz ki, vuruşarkən hər iki tərəfinin vurması şərtdir? Bilmirsiniz ki, tək tərəf zərbə endirirsə, bu, cinayətdir?

Təbiətin qarşısında biz qarışqayıq. Heç olmasa, öz vicdanınız qarşısında qarışqa olmayın. Haqqı nahaqqa möhtac qoymayın”.

İlk yorumu siz yazın