«Geyinib yenə açıq-saçıq, biabırçılıq» — Brilliant Dadaşova

Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Brilliant Dadaşova son günlər sosial şəbəkədəki paylaşımları ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, müğənni hər şəklinə at çəkmədən kinayəli sözləri yazıb.

«Tərs damarı tutdu yenə dəli könlümün. Dəyişdirildi rəngi gülümün. Dünyada göz açdım gözəl diyarda, pozdular mizahın doğma elimin» deyə, ifaçı paylaşımlarından birinə yazıb.

O, daha sonra «Haradadır görəsən mədəniyyətimiz, hücumlara məruz qalıblar qüdrətimiz. Hər ağzıgöyçəyin dilinə düşdük» sözlərini əlavə edib.

Dadaşova «Geyinib yenə açıq-saçıq. Saxlayır özünü arıq, biabırçılıq. Biz yorulduq nənəmizin mədəniyyətini buna öyrətməkdən. O, isə yorulmadı «inteligent» Həsəni, Cəlil Məmmədquluzadəni, Zeynaləbdin Tağıyevi, Musa Nağıyevi, Nizaminin yaratdığı Kəhkəşanı, Xurşidbanu Natavanı, Təbrizi, Zəncanı, dahilər ocağı böyük Turanı, Hüseyn Cavidi, mədəni irsimizi misal çəkməkdən» deyə, hekayəsində yazıb.

B.Dadaşova bu sözləri kimə atdığını isə gizli saxlayıb.

İlk yorumu siz yazın