Gəlini Mətanət İsgəndərlidən prokurorluğa şikayət edir: “Ərizəm hazırdır”

Gəlini Mətanət İsgəndərlidən prokurorluğa şikayət edir: “Ərizəm hazırdır”
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini haqqında sərt açıqlamalar verib. Belə ki, verilişlərin birinin qonağı olan sənətçi eks-gəlinini yıxıb-sürüyüb. 

O, Canananın övladlarını atıb getdiyini, oğlu Kərimdən əl çəkmədiyini iddia edib. 

Məsələ ilə bağlı Mətanət İsgəndərlinin uzun müddət qalmaqal yaşadığı keçmiş gəlini Canana (Aynur Həmidova) Yenisabah.az-a danışıb.

O, müğənninin ittihamlarına hüquqi müstəvidə cavab veriləcəyini açıqlayıb:

«Bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyəm. Məsələ hüquqi şəkildə həllini tapacaq. Dövlət qanunvericiliyimiz, məhkəmələrimiz var. Mətanət İsgəndərli mənim analıq şərəfimi alçatdığına görə cavab verəcək! Artıq ərizəm hazırlanıb, prokurorluğa şikayət olunacaq».

Canana övladlarının atıb getməsi haqda səsləndirilən fikirlərin yalan olduğunu bildirib:

«Mən övladlarımla hər dəqiqə görüşürəm. Bu barədə heç bir problemimiz yoxdur. Uşaqlarımla hər zaman maraqlanıram, yanlarına da gedirəm. 4 gün orada — uşaqlarımın yanında qalmışdım, Kərim də orda idi. Sadəcə, Mətanət xanım efirdə tam fərqli şeylər söyləyir». 

İlk yorumu siz yazın