«Gəlinim məmurdur» — Nazilə Səfərli

Tarix : Oxunma : Yorum Yaz

Şair Nazilə Səfərli oğlu Nurlanı nişanlayıb.

Axşam.az xəbər verir ki, o, bu haqda «Səhər mərkəzi» proqramında danışıb. Nazilə gəlinindən danışaraq bunları əlavə edib:

«Getdim şirinçay içdim, təkqaş üzük taxdım. Nişan etməyi düşünmürəm. Bizim adətimizdə nişan yoxdur. Payızda nişanlanan qızların toyu yazda olur. Bütün bayramların bayramlığı gedəcək. Şou-biznesin bütün qızları əlində xonçası ilə gəlinimin xınasına gələcək. Xınanı isə başı bütöv, oğlu-qızı, ailəsi olan çəkər. O da mənəm. Gəlinim məmurdur. Toyun işıqlandırılmasına məhdudiyyət qoyulacaq. Baxmayaraq ki, yaşı azdır, amma üçüncü dərəcəli dövlət qulluqçusudur». 

Nazilə əlavə edib ki, gəlini ilə eyni evdə yaşamaq istəmir:

«Ondan ana deməsini istəməyəcəm. Hələ mənə Nazilə xanım deyir. Mənim arzum odur ki, gəlinim olsun. Allah məsləhət bilsəydi mənə qız övladı verərdi. Gəlin gəlinliyini daşısın. Gəlinin mənim yanımda nə işi var ki, öz evində yaşayacaq. İstəsə həftədə bir dəfə gəlib məni görər».

İlk yorumu siz yazın