Flora Kərimova Rübabə Muradovanın vəfat edən qızını yad etdi

Flora Kərimova Rübabə Muradovanın vəfat edən qızını yad etdi
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Flora Kərimova Rübabə Muradovanın dünən vəfat edən qızını yad edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan Xalq artisti Qəmərmülk Muradovanın vəfatından çox təsirləndiyini qeyd edib:

«Sənətinin hüdudsuzluğuna təzim etdiyim Rübabəmin yadigarı. Son nəfəsində belə Ananızı anaraq onun ruhuna qovuşdunuz. Allah Sizə rəhmət eləsin, Qəmərmülk xanım. Rahat uyuyun… Doğmalarına Tanrıdan rəhmət diləyirəm!»

Xatırladaq ki, Xalq artisti Rübabə Muradovanın qızı illərdir xəstəlikdən əziyyət çəkirdi.

İlk yorumu siz yazın