Filipp Kirkorov bu ölkəyə buraxlmadı

Filipp Kirkorov bu ölkəyə buraxlmadı
Tarix : Oxunma : Yorum Yaz

Rusiyanın Xalq artisti Filipp Kirkorov Moldovaya buraxılmayıb.

Axşam.az xəbər verir ki, ifaçı iyulun 28-də saat 23:30-da İstanbuldan şəxsi reyslə Kişinyov hava limanına gəlib. Lakin sərhəd nəzarətində yerli hakimiyyət onun ölkəyə daxil olmasını qadağan edib.

Bildirilib ki, Moldova sərhəd polisi F.Kirkorovun dövlət sərhədini keçməyə icazəsi ilə bağlı şərtlərin yerinə yetirilmədiyini müəyyən edib.

Moldovaya hansı məqsədlə gəldiyi açıqlanmayan Kirkorov özü hələlik məsələyə aydınlıq gətirməyib.

Qeyd edək ki, ötən həftə Kirkorovun deputat Marina Tauberə qarşı “Şor” partiyasını qanunsuz maliyyələşdirməsi ilə bağlı cinayət işinə cəlb olunduğu barədə məlumat yayılıb. Bildirilib ki, Kirkorov iyunda Kişinyovda konserti üçün partiya liderlərindən 200 min dollar alıb. Konsert daha sonra ölkə rəhbərliyi tərəfindən ləğv edilib. Bu səbəbdən Tauber deputat toxunulmazlığından məhrum edilib və ötən həftə sonu Kişinyovda 30 sutkalıq həbs olunub.

İlk yorumu siz yazın