Xalq artisti Faiq Ağayev bahalı üzük kolleksiyasından danışıb.
Axşam.az xəbər verir ki, «Həmin Zaur» proqramına qonaq olan müğənni bu haqda sualları cavablandırıb.
Ağayev «Deyirlər, Faiq Ağayevin bahalı üzük kolleksiyası var» sualına belə cavab verib:
«Hamısı da hədiyyədir. Bir dənə ziynət əşyası almamışam. 33 ildir səhnədəym, hədiyyə edilib. Sayını bilmirəm. Aksessuar deyillər, xalis brilyantdır. Ziynət əşyalarını sevsəydim özüm alardım. Artistəm, üzərimdə alışıb-yanan nəsə olmalıdır».