Fədayədən Laçındakı evləri ilə bağlı xəbərlərə reaksiya

Fədayədən Laçındakı evləri ilə bağlı xəbərlərə reaksiya
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Fədayə Laçın sosial şəbəkədə Laçındakı evləri ilə bağlı yayılan xəbərlərə reaksiya verib. 

Axşam.az-ın məlumatına görə, yutubda ifaçının evi kimi təqdim olunan görüntüdə Fədayənin mənzildən imtina etdiyi bildirilib. 

Müğənni deyib ki, həmin videodakı ev onlara aid deyil. O, əlavə edib ki, evdən imtina etməsi də yalandır:

«Bezdim… Bu ev bizim deyil. Əgər mənə ev bağışlamaq istəyirsinizsə, buyurun. İmtina etməmişəm. Dəliyəm imtina edim? Çox sağ olun. Özü də deməmişəm ki, evimizin izi də qalmayıb. Demişəm ki, doğulub-böyüdüyüm evi yandırıblar. Divarları qalıb, ona da şükür».

İlk yorumu siz yazın