«06.06.2015-ci il tarixində «Ailə» adlı kitabın müəllifi olmaq qərarına gəldik. 8 ildir ki, yeni səhifələri yazmaqdayıq»
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Emil Şahzadə sosial şəbəkədə xanımı Könüllə olan fotosuna yazıb. O, evlilik ildönümləri olduğunu vurğulayıb:
«Əzizim, bu kitabın əsas qəhrəmanı və ömür-gün yoldaşı olduğuna, mənə ata sevincini yaşatdığına görə sonsuz minnətdarlığımı bildirirəm. 8 rəqəmi sonsuzluğu simvolizə edir. Sənə olan sevgim və hörmətim tək, istəkli Könülüm!».
Qeyd edək ki, cütlüyün bir qız, bir oğul övladı var