«Evimdə çörəyim varsa bu, onun sayəsindədir»

«Evimdə çörəyim varsa bu, onun sayəsindədir»
Tarix : Oxunma : Yorum Yaz

«Avqustun 23-də unudulmaz aktyor, istedadlı ssenarist, fərqli rolları ilə tamaşaçıların qəlbinə yol tapan Xalq artisti Şahmar Ələkbərov anadan olub. Sonsuz sevgi və ehtiramla anıram! Bu gün evimdə çörəyim, ruzim varsa bu, məhz Şahmar Ələkbərovun sayəsindədir».

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. Aktrisa Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüb:

«Məni tamaşaçılara məhz o tanıtdırdı. Əgər bu gün insanlar tərəfindən sevilirəmsə, özümə qarşı hörmət görürəmsə, həyatda əldə etdiyim hər şeyə görə Şahmar Ələkbərova minnətdaram və borcluyam. O məni Zibeydə obrazına çəkməsəydi, bütün bunlar olmazdı. Şahmar Ələkbərov həm çox gözəl aktyor, həm də gözəl rejissor idi. Allah ona qəni-qəni rəhmət eləsin. İkinci kursda oxuyurdum, bir gün məni yanına çağırdı. “Sahilsiz gecə” filmində Zibeydə roluna çəkmək istədiyini dedi. Mənimlə bərabər filmdəki digər qadın obrazlarına — rəhmətlik Nuriyyə Əhmədova və Kəmalə Müzəffəri çəkmək istəyirdi. Amma o vaxtlar rejissorun istəyini Moskva da təsdiq etməliydi. Ona isə ümidim yox idi. Amma bir gün mənə dedi ki, Moskva Zibeydənin gənclik roluna məni təsdiq edib. Filmlə bağlı söz-söhbətlər oldu, amma mən heç vaxt o filmə çəkildiyimə görə peşman olmadım.

Şahmar Ələkbərovun çox gözəl qəlbi vardı. Ən çətin günlərimdə hər zaman mənə dəstək olub. Tələbəydim, bəzən pulum olmurdu, bunu bilən kimi yardım edirdi».

İlk yorumu siz yazın