«Hər zaman gənclərə deyirəm ki, evi olmayanların evlənməsi düzgün deyil. Nazim Hikmət deyib ki, bir-birinə tay olmayanların evlənməsi cəmiyyətimizin və əxlaqımızın ziddinədir».
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Əbdül Mahmudov «Onun sirri» verilişində deyib. O, evlənən gənclərdən danışıb:
«Ən böyük arzum idi ki, evim, ailəm olsun. Özünə kişi deyən hər kəs üçün ailə qurmaqdan müqəddəs ikinci bir dəyər yoxdur. Ondan əvvəl Allaha sevgi, vətən sevgisidir».