“Eşqin qızımı döyüb, söyüb” — Rəqsanə danışdı — Video

“Eşqin qızımı döyüb, söyüb” — Rəqsanə danışdı — Video
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Rəqsanə İsmayılova qızı Aysun Cəlilova və onun həyat yoldaşı Eşqin Cəlilovun ayrılmasından danışıb.
Yenilik.az xəbər verir ki, bu barədə Rəqsanə İsmayılova canlı yayımda məlumat verib.

O, Eşqinin ayrıldıqdan sonra verdiyi açıqlamaya «Aysun çıxıb ətraflı danışa bilməz. Bizim millət deyəcək ki, «bəs bu vaxta qədər niyə çıxıb danışmırdın?» Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməz. Aysuna əl də qaldırılıb, ona qarşı söyüşlər də söyülüb. Yenə də o, susub, danışmayıb. Birinci davalarında Aysun susdu. Dedi ki, «Eybi yoxdur, Eşqinə ikinci dəfə şans verəcəyəm”. Bundan sonra barışdılar. Mən dəfələrlə eşqini çağırdım, məsləhət verdim, amma heç bir nəticə vermədi. Aysunun arxasında mənim kimi anası var”, — deyə münasibət bildirib.

Qeyd edək ki, Eşqin Cəlilov ayrıldıqdan sonra ilk dəfə açıqlamasında bildirib ki, boşanmalarına səbəb məhz Aysunun şıltaqlığı və digər insanların təsirinə düşməsi olub.

İlk yorumu siz yazın