Ermənilərə dəstək verən müğənninin Bakı konserti ləğv olundu — FOTO

Ermənilərə dəstək verən müğənninin Bakı konserti ləğv olundu — FOTO
Tarix : Oxunma : Yorum Yaz

Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

Demokrat.a 
xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da baş tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

Şirkət Qafqazinfo-ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.

İlk yorumu siz yazın