Ermənistanın növbəti təxribatı:Azərbaycan nə qazandı?

Ermənistanın növbəti təxribatı:Azərbaycan nə qazandı?
Tarix : Oxunma : Yorum Yaz

Məlum olduğu kimi sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Bəzi şəxslər sosial şəbəkələrdə sual edirlər ki, nəyə nail olduq?

1. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanln təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Bu obyektləri bərpa etmək üçün xaricdəki erməni lobbisinə, Kim Kardaşyana möhtac olan kasıb Ermənistana ən azı 4-5 il vaxt lazımdır.

2. Azərbaycan təxribata verdiyi qətiyyətli cavabla həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.

3. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Hətta rusiyalı ermənipərəst “hərbi jurnalist”, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın təbliğatını aparan Semyon Peqov Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarda 180 erməni hərbçisinin öldürüldüyünü, 50-dən çox yaralının olduğunu açıqlayıb.

4. Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi.

Ermənistanın cinayətkar hakimiyyəti artıq başa düşməlidir ki, cığal uşaq döyüləndə atasını çağırdığı kimi kimlərəsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Azərbaycan güclü dövlətdir, istər döyüş meydanında, istərsə də diplomatik masada qələbəni təmin edən müzəffər Ali Baş Komandanı var.

İlk yorumu siz yazın