Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı
Tarix : Oxunma : Yorum Yaz

Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın «Səndən nigaranam» mahnısı oğurlayıblar. 

 Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq «Andzrev» adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib. 

Xatırladaq ki, A.Kazımova «Nigaranam» mahnısını 2005-ci ildə təqdim edib. Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını daha sonra Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, müğənnilər Ayan Babakişiyeva, Elnur Məmmədov, Elçin Cəfərov, Gülay Zeynalova və başqaları oxuyub. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən «The Best Model Of The World» dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.

İlk yorumu siz yazın