Emin Ağalarovdan Ordumuza dəstək paylaşımı — VİDEO

Emin Ağalarovdan Ordumuza dəstək paylaşımı — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Emin Ağalarov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında bir müddət əvvəl Kəlbəcərdə keçirilən konsertin görüntülərini paylaşıb. 

İfaçı erməni silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində başlatdığı təxribatın qarşısını alan hərbçilərimizə öz  dəstəyini ifadə edib.

Ağalarov konsert görüntülərinə «Bu yaxınlarda vətənimizin gözəl guşələrindən biri olan Kəlbəcərdə, cəsur hərbiçilərimiz üçün populyar artistlərlə birgə konsert vermişdik. İndi isə münaqişənin yenidən başlanması ilə bağlı Vətən qoruyucularına güc və mərdlik arzulayırıq! Azərbaycan sizinlədir» sözlərini əlavə edib. 

İlk yorumu siz yazın